Premyer Liqada turun mərkəzi matçı heç-heçə bitdi

19:57 11 Fevral 2023

Misli Premyer Liqasında 22-ci tur davam edir.

Sitat.info xəbər verir ki, turun mərkəzi matçında lider "Qarabağ" 2-ci yerdə qərarlaşan "Sabah"ı qəbul edib. Oyun heç-heçə başa çatıb - 1:1.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

11 fevral (şənbə)

17:00. “Qarabağ” – “Sabah” - 1:1 

Qollar: Musa Qurbanlı, 15, - Bəxtiyar Həsənalızadə, 75 

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov



Xəbər xətti