Mahir Emreli karyerasını bu ölkədə davam etdirə bilər

21:07 11 Fevral 2023

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Türkiyə Super Liqasında oynamağa yaxındır.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı xorvatiyalı jurnalist İzak Ante Susiç yayıb.

Bildirilib ki, 25 yaşlı hücumçu Konya təmsilçisi ilə ilkin razılıq əldə edib.

Klublar arasında isə danışıqlar davam edir. Hücumçunun satınalma imkanı verən icarə müqaviləsi əsasında Türkiyəyə köçməsi gözlənilir.



Xəbər xətti