“Zirə” Ukrayna millisinin üzvünü transfer etdi

21:36 11 Fevral 2023

“Zirə” yeni futbolçu ilə müqavilə imzalayıb.

Sitat.info klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Eldar Quliyevlə anlaşıb. 20 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü olan Azərbaycan əsilli Quliyev daha əvvəl ölkəsində “Mariupol” və “Minay”ın şərəfini qoruyub.



Xəbər xətti