Böyük Britaniya "naməlum uçan obyektlər"lə bağlı yoxlamalara başlayır

16:20 13 Fevral 2023

İngiltərə Müdafiə Naziri Ben Uolles, ABŞ və Kanadanın biri casus şarı, digərləri isə "naməlum uçan obyekt" olaraq xarakterizə edilən yüksək hündürlükdə uçan 4 təyyarəni vurduqdan sonra təhlükəsizlik araşdırmasına başlanılacağını açıqlayıb. 
Sitat.info xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərə görə, dünən axşam ABŞ-da "naməlum obyekt"in atılmasından sonra açıqlama verən Uolles, fevral ayında atılan 4 obyektin hansı təhlükə yaradıb-yaratmayacağını müttəfiqlərlə müzakirə edəcəklərini bildirib.

"Böyük Britaniya və onun müttəfiqləri bu təyyarələrin hava məkanımıza daxil olmasının təhlükəsizliyimiz üçün nə demək olduğunu araşdıracaqlar. Vəziyyət qlobal təhlükəsizliyin necə pisləşdiyinin yeni göstəricisidir", - Uolles deyib. 

Sözügedən araşdırmanın sonunda ölkənin hava məkanının qorunması və monitorinqi ilə bağlı  dəyişiklik edilib-edilməməsinə qərar veriləcək.

Müdafiə Nazirliyi də naməlum təyyarələrin Böyük Britaniya üzərindən keçə biləcəyi ehtimalına cavab verərək, Böyük Britaniyadakı millət vəkillərinin ifadə etdiyi iddiaları rədd etdi.

ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində Montana üzərində aşkar etdiyi Çin hava şarını vurub. Pentaqon fevralın 9-da Alyaskaya naməlum obyekt atıb.

Kanadanın Baş naziri Castin Trüdo fevralın 11-də ABŞ ilə əməkdaşlıq çərçivəsində obyekti Kanadanın Yukon bölgəsi üzərindən atdıqlarını açıqladı.

ABŞ ordusunun dünən Kanada sərhədindəki Huron gölü üzərində uçan naməlum obyekti vurduğu bildirilir. Belə ki, fevral ayında 4 göy cismi yerə endirilib. 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti