Alanyaya gətirilən zəlzələdən sağ çıxanlardan Buket Kurt Alanyada qəfil sancı ilə uşaq dünyaya gətirib.
Sitat.info xəbər verir ki, o, körpəsinə Möcüzə adını verib.
35 həftəlik hamilə olan Buket Kurt fevralın 6-da baş verən zəlzələdə dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri nəticəsində səhər saatlarında həyat yoldaşı ilə birlikdə dağıntılar altından çıxarılıb. O, iki gün əvvəl İslahiyedən Alanyaya gətirilərək Klas otelinə yerləşdirilib. Oteldə qəfil ağrılar yaşayan Buket dərhal Alanya Anadolu Xəstəxanasına aparılıb. Burada sağlam qız uşağı dünyaya gətirən Buket Kurt körpəsinə "Möcüzə Esila" adını verib.
Sevinc,
Sitat.info