Azərbaycanın Kahramanmaraşda qurduğu səhra xəstəxanası işə başladı - FOTO

16:49 13 Fevral 2023

Azərbaycanın 10 vilayətində baş verən zəlzələlərdən sonra Kahramanmaraşda yaradılan səhra xəstəxanası xəstələri qəbul etməyə başlayıb.

Sitat.info xəbər verir ki, xəstəxana müdiri Dr. Qurban Eyvazov bildirib ki, zəlzələdən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə  FHN olaraq hazırlıq işlərini başa çatdıraraq Türkiyəyə çatıblar.

Qardaş Türkiyədə baş verənlərdən dərin kədər hissi keçirdiklərini ifadə edən Eyvazov, Azərbaycan olaraq hər zaman Türkiyənin yanında olduqlarını və bundan sonra da olacaqlarını vurğulayıb.

“Missiyamız bitənə qədər qardaş Türkiyənin yanındayıq”

İki səhra xəstəxanasından birincisini başa çatdırdıqlarını deyən Eyvazov burada xəstələri qəbul etməyə başladıqlarını qeyd edib.

O, xəstəxananın 10 çarpayılıq olduğunu və adətən ambulator müalicə verildiyini izah edən Eyvazov belə davam edib:

"Xəstəxanamız 4 şöbədən ibarətdir. İlk qəbul və müayinədən sonra xəstə müvafiq şöbəyə göndərilir. Laboratoriya, lokal anesteziya və cərrahiyyə şöbəsi var. Kəsik və sınıqların müalicəsi aparılır. Ümumilikdə 23 tibb komitəsi fəaliyyət göstərir. Bizim 6 nəfərlik həkim komitəsi Azərbaycanın axtarış-xilasetmə qruplarına müdaxilə edir. Daha bir xəstəxana tikəcəyik. Ortopediya, pediatriya, ümumi cərrahiyyə şöbələri olacaq. Vəzifəmiz bitənə qədər qardaş Türkiyənin yanında olacağıq".

"Biz həmişə birik, qardaşıq. Biz bir millətik..."

Antalyada baş verən meşə yanğınlarında da iştirak etdiyini deyən Eyvazov bu gün yenidən Türkiyənin yanında olmaqdan qürur duyduğunu dilə gətirib.

Qurban Eyvazov Azərbaycan və Türkiyənin qardaş olduğunu vurğulayaraq, "Biz həmişə birik, qardaşıq. Biz bir millətik, çətin anlarımızda bizə kömək olmusunuz, köməklik göstərmisiniz. Biz sizə hər zaman dəstək olmağa hazırıq və edəcəyik".

Nərgiz,

Sitat.info



Xəbər xətti