NATO-nun baş katibi Yens Stoltenberq, NATO ölkələrinin zəlzələlər səbəbilə Türkiyəyə dəstək verdiyini ifadə edərək bildirib: “Müttəfiqimiz Türkiyə ilə güclü həmrəylik içindəyik"
Sitat.info xəbər verir ki, Stoltenberq, fevralın 14-15-də Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı üçün mətbuat konfransına Türkiyədə baş verən zəlzələlərə toxunmaqla başlayıb.
Stoltenberq qeyd edib ki, fkirlərimiz, düşüncələrimiz türk xalqının yanındadır. Həmçinin o, NATO üzv ölkələrinin Türkiyəyə axtarış-xilasetmə işçiləri, yanğınsöndürənlər, səhiyyə işçiləri, zəlzələ mütəxəssisləri kimi çoxlu yardım işçisi göndərdiyini bildirib.
Həmçinin Stoltenberq, NATO ölkələrinin Türkiyəyə müxtəlif sığınacaq dəstəyi verəcəklərini də bildirib.
Məğrur
Sitat.info