Rusiya və İran iki ölkə vətəndaşları üçün qarşılıqlı səfərlər zamanı vizaları ləğv edə bilər. Tehran bu barədə Rusiya rəsmilərindən cavab gözləyir.
Sitat.info Ria Novosti-yə istinadən xəbər verir ki, bazar ertəsi İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
“Belə bir perspektiv var. İran iki ölkə arasında vizaların ləğvinə razıdır. Hətta bu məsələ ilə bağlı ölkəmizdə də addımlar atıldı. Rusiya rəsmilərinin fikrini gözləyirik. Əgər Rusiya da bizim kimi belə bir hazırlığın olduğunu bəyan etsə, biz qısa müddətdə vizasız rejim elan edə bilərik”, - deyə Cəlali mətbuat konfransında bildirib.
“Biz öz tərəfimizdən ölkələrimiz arasında vizaların ləğvinə tam hazırıq. Əgər Rusiya ən yüksək səviyyədə belə bir qərar qəbul edərsə, biz hətta yaxın aylarda 2023-cü ildə ölkələrimiz arasında vizasız rejim elan edə bilərik”, - deyə İran diplomatik missiyasının rəhbəri əlavə edib.
Məğrur,
Sitat.info