Türkiyədə 77 ölkədən olan 9 400 xilasedici zəlzələnin dağıntılarının təmizlənməsi ilə məşğuldur.
Sitat.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
"Biz 99 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Fevralın 13-nə olan məlumata görə, dağıntı zonasında 77 ölkədən 9 401 mütəxəssis işləyir. Daha 747 xilasedici yoldadır. Onlar rotasiya əsasında işləyirlər", - nazir deyib.
Çavuşoğlu, həmçinin deyib ki, bir sıra ölkələr yardım və çadırların çatdırılması üçün yük təyyarələri verib.
"Azərbaycan, Qətər, BƏƏ, Rusiya yardım edib. BMT-nin müvafiq strukturlarına çadırlar sifariş etmişik. Konteyner şəhərciklərinin yerləşdirilməsi istiqamətində də işlər aparılır. Fakt budur ki, çadırlar sürətli həll yoludur, lakin insanların daha çox uzunmüddətli mənzillərə ehtiyacı var”, - Türkiyənin xarici işlər naziri əlavə edib.