Almaniyanın Şimali Reyn Vestfalya əyalətində Türkiyədəki zəlzələ fəlakətinin sonra zəlzələ qurbanları üçün yığılan yardımlar gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.
Sitat.info xəbər verir ki, Türkiyədə baş verən zəlzələdən sonra Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Marl şəhərinin Lenkerbeck rayonunda zəlzələdən zərərçəkənlər üçün toplanan yardımlar naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb. Yerli vaxtla saat 01.00 radələrində baş verən çirkin hücumla bağlı araşdırma başlanarkən, yanğın 30 xilasedicinin 2 saatlıq müdaxiləsindən sonra söndürülüb. Zəlzələdən zərərçəkənlər üçün toplanan yardımların hamısı məhv edilib.
Yanğın nəticəsində zəlzələ yardımının toplandığı supermarket zərər görərkən, yardımların olduğu yerdə asılan Türkiyə bayrağına hücumun irqçi bir hücum ola biləcəyini gündəmə gətirib.
Recklinghausen Polisinin sözçüsü Michael Lesch: "Hazırda yanğının səbəbi ilə bağlı heç nə deyə bilmərik. Təhlükəsizlik kameralarının qeyd etdiyi görüntülər araşdırılır. Görüntülərdə iki nəfərin Türkiyə bayrağını endirib necə atdığını görə bilərik. Təhlükəsizlik kameralarından çəkilən videolar tədqiq edilir”.
Məğrur
Sitat.info