İsrail yenə vurdu! Qəzzaya hava hücumu

22:06 13 Fevral 2023

İsrail döyüş təyyarələri mühasirədə olan Qəzza zolağına endirdikləri hava hücumunda bir bölgəyə zərbələr endirib.

İsrail Ordusunun sözçüsü Avichay Adraee Twitter hesabından verdiyi açıqlamada, döyüş təyyarələrinin bu gecə Qəzzanın ortasında, Həmasın raket istehsalı xammalının yerləşdiyi bir nöqtəni hədəf aldığını bildirib.

Adraee qeyd edib ki, hücum 11 fevral şənbə günü Qəzzadan İsrailə atılan raket səbəbindən baş verib.

Hava hücumunun Həmasın güc və silahlanma səylərinə maneə törətmək məqsədi daşıdığını bildirən Adraee, İsraili hədəf alan təhlükəsizlik pozuntusu əməliyyatlarının əvəzini Həmas-ın ödəyəcəyi ilə hədələyib.

Qəzzadakı şahidlər Anadolu Agentliyinə İsrailin hava hücumlarını, bombalanan bölgələr və onların yaxın ətrafına maddi ziyan vurduğunu təsdiqləyib. Şəhərin Səhiyyə Nazirliyi hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti