Rusiyada qaz kəmərində partlayış olub

23:22 13 Fevral 2023

Rusiyanın Yaroslavl vilayətinin Mışkinski rayonunda magistral qaz kəmərində partlayış olub.

Sitat.info yerli “Yarnovosti” nəşrinə istinadən xəbər verir ki, partlayışdan sonra həmin yerdə yanğın başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi partlayışın qaz sızması ilə əlaqələndirib.

Bildirilib ki, hadisə nəticəsində yaralanan olmayıb.



Xəbər xətti