Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.
“Sitat.info” xəbər verir ki, 1/8 finalın ilk iki oyun keçiriləcək.
PSJ Fransada Almaniya “Bavariya”sını qəbul edəcək.
Paralel keçən qarşılaşmada isə İtaliya çempionu “Milan” İngiltərə təmsilçisi “Tottenhem”lə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) oyunları fevralın 15-də, digər matçlar isə bir həftə sonra keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
14 fevral
00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Paris. “Park De Prens” stadionu
00:00. “Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Sandro Şerer (İsveçrə)
Milan. “San Siro” stadionu