Kremlin sözçüsü Dmitriy Peskov, NATO-nun Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakının davam etdiyini ifadə edərək bildirib: “NATO bizə düşmən olan bir təşkilatdır və onlar düşmənçiliklərini hər gün təsdiqləyirlər və Ukraynadakı münaqişələrdə iştirak etdiklərini göstərmək üçün əllərindən gələni edirlər".
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov, paytaxt Moskvada jurnalistlərə açıqlamasında gündəmdəki müxtəlif mövzularla bağlı qiymətləndirmələr edib.
Rusiyada bir çox firmanın Rusiya ordusuna müxtəlif dəstəklər verdiyini açıqlayan Peskov deyib: "Həmin firmalar Cəciddi miqdarda pul bağışlayır, texnikaları təmir edir, əsgərlərə kömək edir, təkmilləşdirirlər".
Rusiya axtarış-xilasetmə qruplarının Türkiyə və Suriyadakı zəlzələ bölgələrindəki işlərinin tamamlanmasını qiymətləndirən Peskov bildirib: “Xilasedicilərimiz həmişə olduğu kimi peşəkar, qəhrəmancasına və effektiv çalışdılar".
Seymur Bənnayev
Sitat.info