Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Rusiyanın törətdiyi cinayətlərə görə cavab verməli olduğunu ifadə edərək bildirib: “İnsanları bir masaya oturtmaq və bu məhkəməni qurmaq üçün həll yolu tapılmalıdır və biz bu çağırışı edirik, buna davam edəcəyik".
Sitat.info xəbər verir ki, Metsola, Brüsseldə Latviya Prezidenti Egils Levits ilə görüşüb və ikitərəfli görüşdən sonra keçirilən mətbuat konfransında dəyərləndirmələr aparıb.
Rusiya-Ukrayna müharibəsinin son məqsədinin sülh olduğunu vurğulayan Metsola: "Hamımız sülh istəyirik. Azadlıq və ədalətsiz sülh sülh deyil. Buna görə də böyük bir birliklə AP təcavüz cinayəti ilə bağlı xüsusi məhkəmənin yaradılmasını istəyirik",-deyə bildirib.
Latviya Prezidenti Levits Rusiyanın cinayətləri üçün məhkəmə yaradılması ideyasını dəstəklədiklərini vurğulayıb.
Seymur Bənnayev
Sitat.info