Rusiya: Ukrayna Moldovanı Rusiyaya qarşı qoymağa çalışır

17:45 14 Fevral 2023

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Ukraynanın Moldovanı Rusiyaya qarşı qoymağa çalışdığını ifadə edərək bildirib ki, Rusiyanın Moldova Respublikasındakı vəziyyəti pozmağa çalışdığına dair ehyamları qəti şəkildə rədd edirik.

Sitat.info xəbər verir ki, Zaxarova, Moldova prezidenti Maya Sandunun "Rusiya ölkəsindəki vəziyyəti sabitliyi pozmağı planlaşdırır" açıqlaması ilə bağlı yazılı açıqlama verib.

Sandu, sözügedən planların Ukrayna tərəfindən ölkəsinə çatdırıldığını ifadə etdiyini qeyd edən Zaxarova, bunların "əsassız" olduğunu vurğulayıb.

Rusiya XİN sözçüsü Zaxarovanın bəyanatında bildirilir:

"Bunlar ABŞ, digər Qərb ölkələri və Ukraynanın tez-tez istifadə etdiyi klassik üsullardan istifadə etməklə yaradılıb. Birincisi, yoxlanılması mümkün olmayan gizli kəşfiyyat məlumatlarına istinad edərək ittihamlar irəli sürülür, sonra isə öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün istifadə olunur. Bu planla bağlı yalan məlumatlar yayan Kiyevin əsas məqsədi Moldovanı Rusiya ilə sərt qarşıdurmaya salmaqdır”.

Moldova administrasiyasının bu cür bəyanatlarla vətəndaşları daxili problemlərdən yayındırmağa çalışdığını bildirən Zaxarova:

"Rusiyanın Moldova Respublikasındakı vəziyyəti pozmağa çalışması ilə bağlı ehyamları qəti şəkildə rədd edirik. Qərb dövlətləri və Ukraynadan fərqli olaraq, biz Moldovanın və dünyanın digər ölkələrinin daxili işlərinə qarışmırıq. Rusiya ölkə üçün təhlükə yaratmır. Moldova Respublikasının təhlükəsizliyi, bu, bərabərhüquqlu və qarşılıqlı ikitərəfli əməkdaşlığın inkişafıdır. Biz Moldova hökumətini müdriklik nümayiş etdirməyə, xarici təxribatlara boyun əyməməyə və öz vətəndaşlarının mənafeyindən çıxış etməyə çağırırıq”,- deyə əlavə edib.

Qeyd edək ki, Moldova prezidenti Sandu, dünən verdiyi açıqlamada Rusiyanı ölkəsində təxribatçı hərəkətlər planlaşdırmaqda günahlandıraraq: "Kremlin ölkəmizə zorakılıq gətirmək cəhdləri uğurlu olmayacaq", - ifadəsini işlətmişdi.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti