TRT Zəlzələ qurbanları üçün qapılarını açıb

18:11 14 Fevral 2023

Kahramanmaraşda baş vermiş 7.7 və 7.6 bal gücündə zəlzələ 10 əyalətdə dağıntılara səbəb olub. Türkiyədə minlərlə evsiz qalmış vətəndaş üçün dövlət hər növ dəstək göstərməkdədir. Bununla belə, çox çox qurum və təşkilatlar da bu prosesə dəstək verməkdədir. 

Sitat.info xəbər verir ki, Zəlzələ qurbanlarına qapılarını açanlardan biri də Türkiyə Radio və Televiziya qurumudur. 

40-ı uşaq olmaqla ümumilikdə 190 zəlzələ qurbanı hazırda TRT təsislərində yerləşdirilib. TRT zəlzələdən zərər çəkmiş vətəndaşları öz obyektlərində qəbul etməyə davam edəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti