Son dəqiqə: NATO-nun baş katibi Stoltenberqdən üzvlük bəyanatı

18:22 14 Fevral 2023

NATO-nun baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə ABŞ-ın rəhbərlik etdiyi Ukrayna Müdafiə Təmas Qrupu Toplantısı öncəsi mühüm açıqlamalar verib.

Sitat.info xəbər verir ki, Finlandiya və İsveçin NATO-ya üzvlük prosesindən danışan Stoltenberq bildirib: "Finlandiya və İsveç artıq NATO-ya çox yaxın və inteqrasiya olunmuş ölkələrdir. Ona görə də əsl sual Finlandiya və İsveçin üzvlüyünün birgə təsdiq edilib-edilməməsi deyil. Əminəm ki, hər iki ölkə mümkün qədər tez üzv olacaqlar. Biz İsveç və Finlandiyanın NATO üzvlüyünün ən qısa zamanda ratifikasiyası üçün çox çalışırıq".

Digər tərəfdən, müdafiə naziri Hulusi Akarın Kahramanmaraşda baş verən zəlzələlərə görə iştirak etmədiyi toplantıda Türkiyəni NATO-dakı daimi nümayəndəsi səfir Zeki Levent Gümrükçü təmsil edir.

Məğrur

Sitat.info



Xəbər xətti