Axtarış-xilasetmə işlərinə nə qədər xarici personal cəlb olunub?

21:44 14 Fevral 2023

Xarici İşlər Nazirliyi, Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra axtarış-xilasetmə işlərində 9 046 xarici personalın iştirak etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Xarici İşlər Nazirliyi öz Tvitter hesabındakı paylaşımında xaricdən zəlzələ bölgələrinə gələn axtarış-xilasetmə və yardım qruplarının son vəziyyəti ilə bağlı məlumat verib.

Yazıda 100 ölkənin yardım təklif etdiyi və 82 ölkənin göndərdiyi axtarış-xilasetmə qruplarının sahəyə çıxdığı bildirilib.

Yazıda sahədə 9 046 əcnəbi personalın olduğu, komanda göndərilməsi gözlənilən ölkələrin sayının 2, gələcək əcnəbi personalın sayının isə 497 olduğu bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti