Ukrayna Xarici İşlər Nazirliyi Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdə 5 Ukrayna vətəndaşının həyatını itirdiyini bildirib.
Sitat.info xəbər verir ki, Nazirliyin sözçüsü Oleq Nikolenko, sosial media vasitəsilə açıqlamasında bildirib ki, diplomatlar zəlzələdən zərər çəkən Ukrayna vətəndaşlarına kömək etməyə davam edir.
Nikolenko bəyan edib ki, ikinci konsul qrupu itkin düşənlərin axtarışını əlaqələndirmək, zərərçəkənlərə dəstək vermək və ukraynalıları Türkiyə və Ukraynanın digər bölgələrinə təxliyə etmək üçün zəlzələ zonasına göndərilib.
Zəlzələ bölgəsində 136 Ukrayna vətəndaşının olduğunu və onlardan 37-nin təxliyə edildiyini qeyd edən Nikolenko: "İtkin düşən 7 nəfərin axtarışları davam edir. Təəssüf ki, zəlzələdə 5 Ukrayna vətəndaşı həyatını itirdi",-deyə əlavə edib
Ölənlərin cəsədlərinin Ukraynaya göndərilməsi üçün tədbirlərin görüldüyünü deyən Nikolenko, yaxın vaxtlarda diplomatların daha 22 ukraynalını zəlzələ bölgəsindən təxliyyə etməyi planlaşdırdıqlarını bildirib.
Məğrur
Sitat.info