"Oynamaq üçün çox darıxmışam və özümü hazır hiss edirəm".
Bunu "Report"a müsahibəsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan icarə əsasında "Konyaspor"a keçən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasında mümkün qol sayı barədə danışarkən deyib.
26 yaşlı hücumçu bildirib ki, bununla bağlı qarşısına hər hansısa hədəf qoymayıb: "Komandama faydalı olmaq istəyirəm. Bu şəkildə irəliləmək niyyətindəyəm. Klubum üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.