Rusiyalı xilasedicilər Türkiyədə zəlzələ bölgəsində işlərini bitirərək geri dönüblər.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi öz teleqram kanalında açıqlayıb.
Məlumata görə, fevralın 7-dən Türkiyə vilayətlərində 150-dən çox rusiyalı xilasedici çalışıb.
Qeyd edək ki, daha əvvəl Türkiyədə axtarış-xilasetmə işlərində iştirak edən İspaniya, Almaniya, Slovakiya və Bolqarıstan xilasediciləri də ölkələrinə geri dönüb.