Yeni Zelandiya İran vətəndaşlarına və biznesinə qarşı yeni sanksiyalar elan edib.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri məlumat yayıb.
Məlumata görə, sanksiyalar Rusiyaya dronların tədarükü ilə məşğul olan vətəndaşlara və təşkilatlara, həmçinin ötən ilin payızında ölkədə baş vermiş etirazların yatırılmasına cavabdeh olanlara təsir edəcək.
Yeni sanksiya siyahısına silahların hazırlanması və istehsalı ilə bağlı müəssisələrin rəhbərləri, həmçinin İran Hərbi Hava Qüvvələrinin komandanı Məhəmməd Ələvi də daxildir./Axar.az