İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 20 fələstinlini gözaltına alıb.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə səhər saatlarında basqınlar həyata keçirib. Basqınlarda 20 fələstinli nəzarətə alındı.
Digər tərəfdən, bir qrup yəhudi məskunlaşmanın Nablusda Fələstin avtomobilini yandırdığı bildirilib.
Yəhudi əsilli Məskunlaşanların fələstinli Racih Hüseyn Es-Səfədiyə məxsus avtomobili yandırdığını və bir evin şüşələrinə daş atdıqlarını ifadə edən Qassan Dağlas, hücumu pisləyərək, fələstinlilərin qorunması üçün “beynəlxalq müdaxilə” çağırışı edib.
Fələstinin rəsmi məlumatlarına görə, 2023-cü ildə məskunlaşanların hücumlarında artım müşahidə olunub. Müvafiq olaraq, yəhudi köçkünlər yanvar ayında İordan çayının qərb sahilində 130 hücum həyata keçirib.
İsrail ordusunun fələstinlilərə qarşı basqınlarına qatılan, birbaşa fələstinlilərə və onların mülklərinə hücum edən yəhudi köçkünlər 2022-ci ildə 1187 hücum həyata keçirib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri də həbs edir. İsrail ordusunun basqınına reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında zaman-zaman insidentlər yaşanır.
Seymur Bənnayev
Sitat.info