İndiana ştatının İndianapolis şəhərində keçmiş uşaq bağçasının müdiri, valideynlərinin razılığı olmadan uşaqlara yuxu hormonu saqqızı verməkdə günahlandırılıb.
Sitat.info xəbər verir ki, ABŞ məhkəmə sənədlərinə görə, keşiş Devid Folk polisə deyib ki, o, Kumberlenddəki Yeni Həyat Kilsəsi uşaq bağçasının direktoru, 52 yaşlı Tonya Rachelle Voris və bir işçinin 1-4 yaşlı 17 uşağa, valideynlərinin razılığı olmadan melatonin (yuxu hormonu) saqqızı verdiyini öyrənib.
Folk bildirib ki, Voris etiraf etdikdən sonra işdən çıxarılıb, lakin digər şəxs hələ də uşaq baxçasında işləyir.
Voris səhlənkarlığına və məsuliyyətsiz davranışına görə 17 maddə ilə ittiham olunacaq.
Bəzi valideynlər övladının yuxuya getməkdə çətinlik çəkməsi və bədənlərində qızartı kimi yan təsirlər olduğunu polisə bildirirlər.
Həbsxana sənədlərinə görə, Voris saxlanıldıqdan sonra girov verərək azadlığa buraxılıb.