Türkiyədəki zəlzələlər Yer qabığında dəyişikliyə səbəb olub

16:39 15 Fevral 2023

 AFAD-ın Zəlzələ və Riskin Azaldılması Baş direktoru Orhan Tatar AFAD-ın Baş Qərargahında açıqlamalar verib.

Sitat.info xəbər verir ki, O.Tatar zəlzələlərin ümumi müddətinin 2 dəqiqə olduğunu bildirib. 

“Dünənə qədər yer qabığında 3-4 metrə çatan yerdəyişmələr  7 metr 30 santimetrə qədər artıb.  Çox güclü afterşok var. Qeyri-adi vəziyyətlə üzləşirik".

Direktorun sözlərinə görə, indiyə qədər baş verən təkanların ümumi sayı 3858-dir: " Bu, çox ciddi rəqəmdir. İndi də afterşokların sayının 3900-ü keçdiyini söyləyə bilərik. 3-4 bal gücündə təkanların sayı 1253-dür. Bu hər 10-15 dəqiqədən bir hiss oluna bilən zəlzələnin olduğunu göstərir. 5-6 bal gücündəki afterşokların sayı 38-dir. Üç ay əvvəl baş verən İzmir zəlzələsi 4,9, Düzce zəlzələsi isə 5 idi. Düzce zəlzələsinin böyüklüyündə afterşoklar yaşayırıq. Bu zəlzələ təxminən 110 min kvadrat kilometr əraziyə birbaşa təsir etdi.  Bu  ölkəmizin hər yerində hiss edilən bir zəlzələdir".

Nərgiz,

Sitat.info

 



Xəbər xətti