Şotlandiyanın baş naziri istefa verib

16:48 15 Fevral 2023

Şotlandiyanın baş naziri Nikola Sturgeon, səkkiz illik vəzifəsindən sonra istefa verdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Şotlandiya Milli Partiyasının da lideri olan Sturgeon, Edinburqda keçirdiyi mətbuat konfransında: “Mən prezidentlikdən və partiyamın sədrliyindən istefa verirəm. Növbəti şəxs seçilənə qədər vəzifəmi davam etdirəcəm”, - deyə bildirib.

Sturgeon bu qərarı dərin və uzun sürən qiymətləndirmələr nəticəsində verdiyini ifadə edərək bildirib ki, bu peşəni icra etmənin yeganə yolu hər şeyinizi verməkdir. Siyasətçi olmaqla yanaşı, insan olduğunu da əlavə edən Sturgeon, peşəsini yerinə yetirərkən şəxsi həyatına vaxt ayıra bilmədiyini bildirib. O, dostları ilə görüşə gedib kofe içməyin çətin olduğunu qeyd edib. 

Qeyd edək ki, Sturgeon bu vəzifəyə 2014-cü ildə başlamışdı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti