ABŞ rəsmiləri Suriyaya humanitar yardımı müzakirə ediblər

17:45 15 Fevral 2023

ABŞ dövlət katibi Antoni Blinken, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə Suriyanın Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrinə humanitar yardımın çatdırılması məsələsini müzakirə edib.

Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken Queterreşlə telefonla danışıb.

 

İki səlahiyyətlinin, BMT və humanitar təşkilatların Suriyanın şimalında Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş zəlzələ qurbanlarına humanitar yardımın çatdırılması məsələsini müzakirə etdiklərini qeyd edən Price, deyib:

"Blinken, 13 fevralda BMT-yə bildirildiyi kimi, zərurət yaranarsa, BMT Təhlükəsizlik Şurasının icazəsi ilə Əsəd rejiminin Bab Əl Salam və Əl Rai sərhəd qapılarını humanitar yardım üçün açması lazım olduğunu vurğuladı. BMT və humanitar yardım tərəfdarlarının Suriyada ehtiyacı olan insanlara yardımı daha effektiv şəkildə çatdırmaq üçün lazım olan çevikliyi  göstərə biləcəyi bildirilib. Nazir və Baş katib məsələ ilə məşğul olmağa davam etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyanın şimalında da böyük dağıntılara səbəb olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti