Futbolçu azarkeşlə dalaşdığı üçün çempionat oyunu təxirə salınıb

19:30 15 Fevral 2023

Kolumbiya çempionatının IV turunun “Deportes Tolima” - “Millonarios” oyunundan əvvəl qonaqların futbolçusu Daniel Katanyo ilə ev sahiblərinin azarkeşi arasında dava düşüb.

Sitat.info xəbər verir ki, bu hadisə matçın təxirə salınmasına səbəb olub. Tribunadan meydançaya düşən fanat oyunçunu arxadan vuraraq qaçıb. Əsəblərinə hakim ola bilməyən Katanyo da onun arxasınca qaçaraq, qarşılıq verib.

“Millonarios” təhlükəsizliyin təmin olunmadığını əsas gətirərək, matça çıxmaqdan imtina edib. “Deportes Tolima” isə həmin azarkeşin artıq saxlanıldığını və layiqli cəzasını alacağını açıqlayıb.

Qeyd edək ki, Daniel Katanyo “Millonarios”a 2022-ci ildə məhz “Deportes Tolima”dan keçib.



Xəbər xətti