İngiltərə, "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Kahramanmaraşın Türkoğlu rayonunda 24 çarpayılıq sahə xəstəxanası qurdu.
Sitat.info xəbər verir ki, zəlzələdə zərər görən və istifadəsiz vəziyyətdə olan Türkoğlu Dövlət Xəstəxanasının bağçasında qurulan xəstəxana Sivas UMKE sağlamlıq müəssisəsi ilə inteqrasiya olunmuş şəkildə xidmət göstərir.
Xəstəxanaya rəhbərlik edən mütəxəssis tibb bacısı Kapitan Katy Hook, zəlzələdən dərhal sonra hərəkətə keçdiklərini və üç gün ərzində hərbi xəstəxananı topladıqlarını, altıncı gün Türkiyəyə çatdıqlarını və xəstəxananın yaradılmasına başladıqlarını söylədi.
Quraşdırma tamamlandıqdan sonra xəstələri qəbul etməyə başladıqlarını izah edən Hook, 22-si səhiyyə işçisi olan 100 nəfərlik bir qrupla işləməyə davam etdiklərini bildirdi.
Ekipajdan 70-nin Quru Qoşunlarından, 30-nun isə Kral Hərbi Hava Qüvvələrindən gəldiyinə diqqət çəkən kapitan Hook deyib:
"Hazırda bütün komandamızla buradayıq. 5 mütəxəssisimiz var. Reanimasiya üzrə həkim-tibb bacısı, laboratoriya həkimi var. Bir Alimimiz var. Bu çadırda cəmi 22 nəfər növbətçi var. Travmalar üçün bir briqada var. Cərrahi qrupumuz, reanimasiya şöbəmiz və əməliyyat masamız var. Ümumi 22 çarpayı var. 1 cərrahi otağımız var. Reanimasiyada da iki çarpayımız var. Biz burada bütün bölmələrlə birlikdə işləyirik. Biz buraya Türkiyə rəsmilərinə kömək etmək üçün gəldik və onlarla birlik içindəyik. Onlardan məlumat alıb hansı tibbi ehtiyacların olduğunu, hansı tibbi ehtiyacları qarşılamaq istədiklərini öyrənirik. Bu çətin dövrdə onların üzərlərindəki yükü götürməyi həqiqətən çox istəyirik."
Şəhərdə gördüklərindən şok olduğunu bildirən Kapitan Hook deyib: "Daha əvvəl belə bir şey görməmişdik. Sosial mediada gördüklərimiz dəhşətlidir. Böyük Britaniyada burada istifadə edə biləcəyimiz biz obyektimizin olduğunu bilmək, Türk həmkarlarımızla kömək edə bilmək bizi sevindirir".
Seymur Bənnayev
Sitat.info