Filippində 6,1 bal gücündə zəlzələ baş verib. Masbate əyalətində baş verən zəlzələnin 20 kilometr dərinlikdə baş verdiyi açıqlanıb. Hələlik zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada, Filippinin Masbate əyalətində 6,1 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Açıqlamaya görə zəlzələ 20 kilometr dərinlikdə baş verib.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 5,8 olduğunu açıqlayıb.
Məğrur
Sitat.info