Rusiyada xarici sözlərin istifadəsini məhdudlaşdıran qanun qəbul edildi

18:14 16 Fevral 2023

Rusiyada parlamentin aşağı palatası Dövlət Duması, yazışmalarda əcnəbi sözlərin istifadəsini məhdudlaşdıran qanun qəbul edib.

Sitat.info xəbər verir ki, Dumada keçirilən sessiyada, Rusiyanın dövlət və özəl sektorunda rus ədəbi dilinin normalarına riayət edilməsi haqqında qanun qəbul edilib.

Sözügedən qanuna görə, rus dilində qarşılığı olmayan və lüğətlərdə olan sözlər istisna olmaqla, bütün səviyyələrdə dövlət və özəl şirkətlərdə yazışmalarda əcnəbi sözlərin istifadəsi qadağan edilib.

Bundan əlavə, qanunla rus ədəbi dilinin normalarına uyğun olmayan jarqon sözlərdən istifadə də qadağan edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti