“NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzanmüddətli ola bilər və bu səbəbdən alyans hadisələrin bu istiqamətdə cərəyan etməsinə hazır olmalıdır”.
Sitat.info xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “Agence France-Presse” agentliyinə açıqlamasında bildirib.
Y.Stoltenberq qeyd edib ki, alyansa üzv olan 30 dövlət Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah-sursatla təmin etməyə hazırdır.
O hesab edir ki, Rusiyanın qələbəsi ukraynalılar üçün faciə olacaq, həm də digər ölkələr üçün təhlükə yaradacaq və beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini nümayiş etdirəcək.