Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.
Sitat.info-un məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk görüşü "Abşeron" və "Azərreyl" komandaları arasında baş tutub. Turnir cədvəlinin lideri “Azərreyl” matçdan qalib ayrılıb. İkinci dövrədə “Abşeron” klubuna 0:3 hesabı ilə məğlub olan Eldar Yusubovun baş məşqçi olduğu komanda bu matçda qələbəyə sevinib - 3:1 (25:16, 25:21, 18:25, 25:22).
Turun son matçı isə UNEC və “Murov”komandaları arasında olub. Bu qarşılaşmada qalib 3 setdə müəyyənləşib. “Tələbələr”i 3:0 (25:18, 25:08, 25:10) hesabı ilə məğlub edən Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv turu qələbə ilə başa vurub - 3:0 (25:18, 25:8, 25:10)
Beləliklə, VIII turdan sonra “Azərreyl” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İkinci sıradakə “Abşeron”un 15, üçüncü yerdəki “Murov”un 13 xalı var. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.