“ABŞ Prezidenti Co Baydenin səhhəti ona hər hansı məhdudiyyət olmadan öz vəzifə səlahiyyətlərini tam olaraq yerinə yetirməyə imkan verir”.
“Qafqazinfo” “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu barədə məlumatı Baydenin həkimi Kevin O'Konnor ABŞ liderini tibbi müayinə etdikdən sonra açıqlayıb.
Həkim Baydeni tamamilə sağlam olaraq qiymətləndirib. Bununla belə vurğulanıb ki, Baydenin çəkisi 83 kq-dan 80,7 kq-a enib, arterial təzyiqi isə bir qədər yüksəlib.
Qeyd edək ki, 80 yaşlı Bayden tezliklə 2024-cü ildə prezident seçkilərində iştirak edəcəyini açıqlamağa hazırlaşır. Bu baxımdan, Prezidentin tibbi müayinəsinin nəticələri ölkə ictimaiyyəti tərəfindən marağa səbəb olub.
Xatırladaq ki, Bayden ötən il koronavirusa yoluxmuşdu.