"Mən rus diktatoru Putinlə ilə iki dəfə şəxsən görüşmüşəm. Rusiya prezidenti Vladimir Putin məndə “soyuq gözlü” xoşagəlməz insan təəssüratı yaratdı.
Sitat.info xəbər verir ki, bu barədə Danimarka Kraliçası Marqret "Weekendavisen" qəzetinə müsahibəsində danışıb.
O, Rusiya diktatoru ilə iki dəfə - 2011 və 2014-cü illərdə görüşdüyünü qeyd edib. Və hətta o, özündə xoşagəlməz təəssürat buraxdığını deyib:
"Yadımdadır, onun xoş olmadığını düşündüm. Həyatımda belə soyuq gözlər görməmişdim".
Margrethe bildirib ki, o, Ukraynadakı müharibəni çox yaxından izləyir və hadisələrdən xəbərdar olmaq üçün demək olar ki, hər gün bütün qəzetləri oxuyur:
"Putin bütün Avropanı parçalaya biləcəyini düşünürdü, lakin o hamımızı ona "dur" deməyə məcbur etdi.
O, həmçinin digər ölkələrin Ukraynaya silahla kömək etməsindən məmnunluğunu ifadə edib və ukraynalılara heyran olduğunu bildirib.
Səid,
Sitat.info