Rusiya Xarici İşlər Nazirliyi 4 avstriyalı diplomatın düşmənçilik və ədalətsiz addımlar ataraq iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi səbəbilə ölkədən çıxarılacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiya ilə Avstriya arasında siyasi gərginlik artır. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada düşmənçilik və ədalətsiz addımlar ataraq iki ölkə münasibətlərinə xələl gətirəcəyi bildirilən 4 Avstriyalı diplomatın Rusiyadan qovulacağı bildirilib. Nazirlik Avstriyanın Moskvadakı səfirini nazirliyə çağıraraq Avstriya səfirliyindəki 4 diplomatın persona non-qrata elan edildiyini bildirib. Diplomatlar fevralın 23-dək Rusiyanı tərk etməlidirlər.
Avstriya Xarici İşlər Nazirliyinin fevralın 2-də verdiyi açıqlamada 2-si Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən akkreditə olunmuş 4 rusiyalı diplomatın ölkədən çıxarılacağı bildirilib. Nazirlik bəyan edib ki, Rusiya səfirliyindəki 2 diplomat “diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər edib”, BMT-nin paytaxt Vyanadakı daimi nümayəndəliyindəki 2 diplomat isə “Qərargah haqqında razılaşmaya uyğun gəlməyən hərəkətlər edib”. Diplomatlara Avstriyanı tərk etmək üçün bir həftə vaxt verilib.
Seymur Bənnayev
Sitat.info