Birləşmiş Millətlər Təşkilatında “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələləri, onun Türkiyə və Suriyaya təsirləri ilə BMT qurumlarının işi müzakirə edilib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində mətbuat katibi Alessandra Velluccinin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.
BMT-nin Humanitar Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke, BMT-nin Türkiyədə zəlzələdən zərər çəkənlər üçün 1 milyard dollarlıq humanitar yardım üçün çağırışını xatırladaraq, bunun 5,2 milyon insana yardım edilməsinin hədəfləndiyini bildirib.
Suriya üçün 400 milyon dollarlıq humanitar yardım çağırışı başlatdıqlarını qeyd edən Laerke, indiyə qədər bank hesablarına 54 milyon dollar yığıldığını bildirib.
İndiyədək (9-16 fevral) Suriyaya şimal sərhədindən 143 humanitar yardım maşını daxil olub”. Laerke bunun davam edəcəyini bildirib.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) sözçüsü Caroline Holt, zəlzələ bölgələrindən təmiz su və kanalizasiyaya çıxışın kritik olduğunu bildirib və bu baxımdan dəstəyin vacibliyinə işarə edib.
12 ildir davam edən vətəndaş müharibəsindən sonra Suriya vətəndaşlarının çox müdafiəsiz olduğuna diqqət çəkən Holt bildirib: "Suriya xalqının indi hər zaman oıduğundan daha çox beynəlxalq həmrəyliyə ehtiyacı var"
Holt xatırladıb ki, IFRC-nin baş katibi Caqan Çapaqain hazırda Qaziantepdədir və daha əvvəl Hələbə səfər edib.
Seymur Bənnayev
Sitat.info