Pakistanın baş naziri Şahbaz Şərif zəlzələ qurbanlarına və türk xalqına başsağlığı verib: "Mənim heç bir şübhəm yoxdur ki, siz bu fəlakətin öhdəsindən gələcəksiniz".
Sitat.info xəbər verir ki, Şahbaz Şərif, zəlzələdən ən çox zərər çəkən əyalətlərdən biri olan Adıyamana səfər edib. Şərif zəlzələ qurbanları və Pakistanın axtarış-xilasetmə qrupu ilə görüşüb, başsağlığı verib.
Şərif çıxışına Kövsər surəsini oxumaqla başlayıb və Türkiyəyə dəstək mesajı verib.
"Sizi tək qoymayacağıq! Pakistanda baş verən zəlzələ və sel fəlakətində bizi tək qoymadığınız kimi...",-deyə o bildirib.
Həmçinin o, zəlzələdən zərərçəkənlər üçün yüksək keyfiyyətli, odadavamlı çadırlar verəcəklərini də açıqlayıb.
Şərif, türk xalqı ilə həmrəylik mesajı verərək bildirib: "Qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın yanına Pakistan xalqının bu fəlakətdə onun və türk xalqının yanında olduğunu göstərmək üçün gəldim. O, təcrübəsi, böyük liderliyi və komandası ilə müasir tarixin bu ən dəhşətli fəlakətinin öhdəsindən gələcək. Pakistan xalqı türk qardaşları üçün əlindən gələni edəcək”.
Şərif beynəlxalq ictimaiyyəti Türkiyəyə dəstək olmağa dəvət edib.
Məğrur
Sitat.info