Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis qərargahına hücum ediblər.
Sitat.info xəbər verir ki, Pakistanın Kəraçi şəhərində 8-10 silahlı şəxs Kəraçi Polis İdarəsinə hücum edib.
Kəraçi polis rəisi Cavid Alem Odho, atışmanı təsdiqləyib və bir polisin yaralandığını bildirib.
Rəsmilər hücum edənlərlə polis arasında qarşıdurmaların davam etdiyini bildirib.
Geo News televiziyasına əks olunan görüntülərdə çoxlu sayda polis və yarımhərbi birləşmənin yüksək mühafizə olunan şəhərcikdə yerləşən Polis Şöbəsini mühasirəyə aldığı görülüb.
Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Seymur Bənnayev
Sitat.info