Fransada məhkəmə, nümayiş zamanı polisin partlayıcı atması nəticəsində gözünü itirən keçmiş operator Yoahim Qattiyə, dövləti 105 min 350 avro cərimə ödəməyə məcbur edib.
Sitat.info xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, 2009-cu ilin iyul ayında Parisdə polisin atdığı plastik partlayıcı ilə görmə qabiliyyətini itirən Qattinin iddiasına Montreuil İnzibati Məhkəməsi qərar verib.
Hakim polisin müdaxiləsinin Qattinin görmə qabiliyyətini itirməsinə və daimi əlilliyə səbəb olduğuna diqqət çəkib.
Polisin müdaxiləsinin Qattinin operator olmasına və heç bir peşəni peşəkarcasına yerinə yetirə bilməməsinə səbəb olduğunu bildirən hakim, Fransa dövlətini 105 min 350 avro pul cəzasına məhkum edib.
Seymur Bənnayev
Sitat.info