Sunak dünya liderlərini Ukraynaya hərbi yardımı ikiqat artırmağa çağırdı

17:41 18 Fevral 2023

Böyük Britaniyanın Baş naziri Rişi Sunak dünya liderlərini Ukraynaya hərbi dəstəyi ikiqat artırmağa çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Sunak bu haqda Münhen Təhlükəsizlik Konfransında çıxış edən zaman deyib.

Böyük Britaniyanın Baş nazirinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə “hər bir xalqın təhlükəsizliyini və suverenliyini” sual altına qoyub.

 



Xəbər xətti