Böyük Dəbilqə: Azərbaycan cüdoçuları son gündə bir dəst medal qazanıblar

22:09 18 Fevral 2023

Azərbaycanın cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Sitat.info-nun məlumatına görə, 100 kq-da çıxış edən Zelim Kotsoyev hamıdan güclü olub.

O, qızıl medal uğrunda qarşılaşmada niderlandlı Mixael Korrelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri isə monqolustanlı Tsetsensengel Odxugiyn ilə mübarizədə məğlub olaraq gümüş medala yiyələnib.

90 kq-da yer alan Məmmədəli Mehdiyev isə bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedondan üstün olub.

Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.

Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.



Xəbər xətti