Fransa prezidenti Emmanuel Makron, Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada məğlub olmasını və Ukraynanın öz mövqeyini müdafiə edə bilməsini istəyirəm.
Sitat.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Fransa mətbuatına mühüm açıqlamalar verib.
Qərb ölkələrinə müraciət edən Makron, Ukraynaya daha çox silah dəstəyinə ehtiyacın olduğunu vurğulayıb. Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam edə biləcəyini ifadə edən Makron bildirib: "Rusiyanın Ukraynada məğlub olmasını və Ukraynanın öz mövqeyini qoruya bilməsini istəyirəm. Bəzilərinin düşündüyü kimi, hücum edərək Rusiyanı tamamilə məğlub etməyi hədəfləməliyik. Onlar ilk növbədə Rusiyanı əzmək istəyirlər. Amma Fransanın mövqeyi heç vaxt belə olmayıb və olmayacaq".
Makron həmçinin bildirib ki, Rusiyada rejim dəyişikliyi ehtimalı hazırda mümkün görünmür.
Keçən cümə günü 59-cu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Makron, indi Moskva ilə dialoqun vaxtı olmadığını vurğulasa da, son məqsədin sülh danışıqları olduğunu bəyan edib.
Seymur Bənnayev
Sitat.info