Rusiya İsraili beynəlxalq hüququ pozmaqda ittiham edir

10:52 20 Fevral 2023

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İsrailin Suriyanın paytaxtı Dəməşq və ətrafına etdiyi hücumlara görə beynəlxalq hüququ açıq şəkildə pozduğu bildirilib.

Sitat.info xəbər verir ki, Suriyanın paytaxtı Dəməşq və ətrafını hədəf alan hücumlar həyata keçirən İsrailə Rusiya sərt reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, İsrailin hava hücumları ilə beynəlxalq hüququ açıq şəkildə pozduğunu bəyan edərək bildirib: “İsrail tərəfini Suriyaya qarşı silahlı təxribatlarını dayandırmağa və bütün region üçün təhlükəli nəticələrə səbəb olan addımlardan çəkinməyə çağırırıq".

İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Kafr Sousa bölgəsində həyata keçirdiyi hücumda bir mənzil vurulub, eyni zamanda 1-i əsgər, 4-ü mülki olmaqla cəmi 5 nəfər ölüb, 15-i yaralanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti