Elazığda ardıcıl zəlzələlər

11:51 20 Fevral 2023

Elazığ ard-arda baş verən zəlzələlərlə silkələnir, ən böyüyü Rixter cədvəli üzrə 4,8 baldır.

Sitat.info AFAD-a istinadən xəbər verir ki, Elazığın Palu rayonunda zəlzələ baş verib. Maqnitudası 4,7 olan zəlzələ 11,85 kilometr dərinlikdə baş verib.

Yeraltı təkandan 2 dəqiqə sonra saat 03:39-da Elazığın Palu rayonunda növbəti zəlzələ baş verib. İkinci zəlzələnin gücü 4,8 bal olub. Zəlzələ 13,26 kilometr dərinlikdə baş verib.

AFAD-ın məlumatına görə, saat 04:07-də ​​Elazığın Palu rayonunda Rixter cədvəli üzrə 4.6, saat 05:29-da 4.4 və 06:45-də 4.5 bal gücündə zəlzələlər baş verib. İlk təsbitlərə görə bölgədə heç bir neqativ hal olmayıb.

Ardıcıl zəlzələlər ətraf əyalətlərdə də hiss olunub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti