ABŞ dövlət katibi Blinken, Bayden administrasiyasının Türkiyəyə F-16-ların tədarükünə dəstəyinin davam etdiyini bildirib.
Sitat.info xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Kompleksində ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransı keçirib.
Mətbuat nümayəndələrinin suallarını cavablandıran ABŞ dövlət katibi Blinken bildirib: "Bayden administrasiyasının Türkiyəyə F-16-ların tədarükü ilə bağlı dəstəyi davam edir. Prezident Baydenin dediyi kimi, Türkiyə və NATO-nun birgə əməliyyat qabiliyyəti bizim üçün hər zaman vacibdir."
İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Blinken bildirib ki, Türkiyənin cənub sərhədi ilə bağlı əsl təhlükəsizlik narahatlıqlarını anlayırıq. Bir NATO ölkəsinin terrora dəstək verməsi düzgün deyil.
Seymur Bənnayev
Sitat.info