Mahir Emreli "Fənərbağça" ilə oyunda iştirak etməyəcək

13:01 20 Fevral 2023

"Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXIII turundan təxirə salınmış "Fənərbağça" ilə oyunda iştirak etməyəcək.

Sitat.info "Yenimeram" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun transferinin fevralın 6-dan sonra gerçəkləşməsidir.

Emreli ilə yanaşı Metehan Mert, Alexandro Posuelo, və Marlos Moreno da bu görüşü buraxacaq.

"Fənərbağça" - "Konyaspor" qarşılaşması fevralın 25-də keçiriləcək. Fevralın 6-da oynanılması planlaşdırılan matç zəlzələyə görə təxirə salınmışdı.

Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.



Xəbər xətti