Aİ martın 16-da zəlzələ qurbanları üçün donor konfransı keçirəcək

13:22 20 Fevral 2023

İsveçin xarici işlər naziri, Avropa İttifaqının (Aİ) müddətli sədri Tobias Billström, Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün beynəlxalq təşkilatlardan ianə toplamaq üzrə, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək donorlar konfransının tarixinin martın 16-sı olaraq təyin edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Billström, Aİ ölkələrinin xarici işlər nazirlərini bir araya gətirən Xarici Əlaqələr Şurasının iclasının girişində Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı açıqlama verib.

Aİ sədrliyi dövründə ölkəsinin "dağıdıcı zəlzələ ilə mübarizə aparmaq üçün əlindən gələni etmək istədiyini" bildirən Billström, daha əvvəl gələn ayın əvvəlində keçiriləcəyi elan edilən donorlar konfransının mattın 16-da keçiriləcəyini açıqlayıb.

Tobias Billström, konfransın Aİ Komissiyası ilə birlikdə keçiriləcəyini və zəlzələnin ağır nəticələrini mümkün qədər yumşaltmağı hədəflədiyini bildirib.

İsveç Xarici İşlər Naziri Billström qeyd edib ki, biz bu konfransda yüksək səviyyədə iştirak gözləyirik və həmçinin Türkiyə və Suriya xalqı üçün əlimizdən gələni etmək üçün daha çox vəsait yığmağı ümid edirik.

Məğrur

Sitat.info



Xəbər xətti