Ukrayna prezidenti Vladimir Zelenski İtaliya mətbuatına açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə dialoq qapısını açıq saxlaması ilə bağlı bəyanatını dəyərləndirib.
“Bu, faydasız bir dialoq olacaq, əslində Makron vaxtını itirir”, - Zelenski bildirib.
Sitat.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi açıqlamada Rusiyanın məğlub edilməli, amma əzilməməli olduğunu ifadə edərək, dialoq qapısının açıq qalmasının vacibliyini vurğulayıb.
İtaliyada nəşr olunan “Corriere” qəzetinə danışan Zelenski Makronun açıqlamalarını dəyərləndirib.
Rusiya ilə dialoqun vaxt itkisi olduğunu dilə gətirən Zelenski deyib ki, bu, faydasız bir dialoq olacaq, əslində Makron boş yerə vaxt itirir: "Mən belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişə bilmərik. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusundadırlarsa, özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma səbəb bu deyildi, səbəb Putinin müharibəyə başlamaq qərarı idi".
Nərgiz,
Sitat.info